Bakıda iki azyaşlı əkiz bacılara işgəncə verilib.Bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, sentyabrın 25-də polisə Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yaşayan 34 yaşlı L.İ. ərizə ilə müraciət edib və göstərib ki, onunla qeyri-rəsmi yaşayan 1994-cü il təvəllüdlü Xəndan Ağazadə iyulun 25-dən bugünədək doqquz yaşlı Zümrüd və Yaquta işgəncələr verib. Qadın işgəncə izlərini aşkarladıqdan sonra polisə müraciət etmək qərarına gəlib.
X.Ağazadə tutulub və ona qarşı CM-nin 133-cü maddəsi ilə (Əzab vermə) cinayət işi qaldırılıb.(oxu.az)
Çap