Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirirdi.
17 gündür aclıq aksiyasını davam etdirən Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb. Hazırda da o, həmin xəstəxanada müalicəsini davam etdirir. (musavat.com)
Çap