Avstraliyada qadın həyat yoldaşının onun doğum günü münasibətilə hədiyyə etdiyi lotereya bileti sayəsində dörd milyon Avstraliya dolları udub.
Bu barədə "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Qadının sözlərinə görə, əri ona lotereya biletini hədiyyə edib və istehza ilə deyib ki, bu, ona xoşbəxtlik gətirəcək.
Məlum olub ki, o səhv etməyib - bilet həqiqətən uduşlu olub. Evdar qadın mətbəxi təmir etmək və ailəsi ilə məzuniyyətə getmək imkanlarının yaranmasına sevinib.
"Kimsə düşünəcək ki, bu pula yeni ev ala bilərdim. Amma mən yeni mətbəxdən başlamağa qərar verdim", - o deyib.
Qadın əlavə edib ki, hələ də indiyə qədər uduşa inanmır və pulu özünün bank hesabında görmək istəyir. Lotereyanın qalibi vurğulayıb ki, bu qəribə hədiyyə onun həyatında ən yaxşı mükafat olub.
Çap