Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi avqustun 31-dən sonra da davam edəcək.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qeyd olunan ərazilərdə yoluxma halları yüksək olduğu üçün bəzi məhdudiyyətlər tətbiq olunaq.
Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Bundan başqa avqustun 31-dən etibarən ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.
Avqustun 31-dən etibarən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
Çap