Menu
26 avq 14:34XƏBƏR LENTİ / Hadisə

Bakıda qadınları döyərək pullarını alan şəxs saxlanılıb

Bakıda qadınları evlərində döyərək pullarını alan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə avqustun 25-də Sahil qəsəbəsi ərazisindəki  evlərin birində Sumqayıt şəhər sakini olan bir qadının döyülərək 140 manat pulunun alınması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Şəkərov saxlanılıb.
Araşdırmalarla onun avqustun 22-də yaşadığı evdə Bakı şəhər sakini olan digər bir qadını döyərək 100 manat pulunu alması da müəyyən edilib.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Çap
In short, you’re essentially walking on a cloud. Flyknitblog

Komment Əlavə et