Menu
02 avq 12:37XƏBƏR LENTİ / Hadisə

Kanadada ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var

Təcavüzkar ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.
Bu barədə Rəna Müslümova adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb. Belə ki, Kanadanın Toronto şəhərinin “North York” bölgəsində 7-8 erməni 2 həmvətənimizə hücum edərək onlara soyuq silahlarla xəsarət yetirib, avtomobillərini yararsız hala salıb. Hadisə şahidlərinin sözlərinə görə, ermənilərin əllərində silah, kəsici alət və dəyənək olub.
Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Çap
Komment Əlavə et