Menu
20 iyl 23:08XƏBƏR LENTİ / Gündəm

Üzeyir Cəfərov: “General real döyüş şəraitində şəhid olub, çaşqınlıq yaratmaq lazım deyil”

İyulun 12-də ermənilərin təxribatlarıbdan sonra baş verən 4 günlük Tovuz müharibəsi zamanı generalımız Polad Həşimov daxil beş yüksək rütbəli hərbçimizin şəhid olması ilə şübhəli məqamların mövcudluğu iddiası var. Yəni iddialar bundan ibarətdir ki, ermənilərin generalın koordinatlarını müəyyən etmək imkanları yoxdur, burada kənar qüvvələrin iştirakı var.
Hərbi ekspert Üzeyir Cəfərov “xəyanət” iddialarının tam əleyhinədir: “Bir vətəndaş, keçmiş peşəkar zabit olaraq orada hər hansı bir satqınçılığın olmasını qəti şəkildə inkar edirəm. Orada satqınçılığın olması mümkün deyil. Baxmayaraq ki, bəziləri yanlış yanaşma sərgiləyirlər. İnsanlarda çaşqınlıq yaratmaq lazım deyil. Bu real döyüş əməliyyatları zamanı baş verib. General özü ilə telefon gəzdirməyib. Şəhid olan yüksək rütbəli hərbiçilərimiz ağılsız insanlar deyillər ki, kiməsə hara getdiklərini xəbər versinlər. Ümumiyyətlə, xüsusi rütbəli zabitlərin məlumatları olmur ki, general hansı posta gedəcək, nəyi yoxlayacaq. Bunlar yalnız generala bəlli olan məsələlərdir. Bəzi dostlarımız sosial şəbəkələrdə bir sıra məlumatlar yayırlar. Azərbaycan ordusunda inamsızlıq yaratmaq üçün generalın guya satqınlığın qurbanı olduğu yönündə məlumatlar paylaşılır. Sözü demək asandır, amma əsas olan dediyin sözü sübut etməkdir. Hər hansı bir xəyanətdən, satqınçılıqdan söhbət gedə bilməz. Belə fikirləri qəti rədd edirəm. General öz zabit yoldaşları, əsgərləri ilə birlikdə ön xətdə olub və açılan atəş nəticəsində şəhid olub. Allah rəhmət eləsin. Mən onların yaxınlarının, doğmalarının yarasının üstünə duz tökmək istəmirəm. Çünki belə söhbətlər xoşagəlməyən bir mənzərə yaradır. Düşmənin istəyi odur ki, belə bir fikir formalaşsın ki, bu orduda generalı da, polkovniki də satırlar. Belə hallar ordumuzda mümkün deyil. Real döyüş şəraitində həyatını itirən generalımız qorxmaz adam olub. Bu adamın sosial mediada fotoları var ki, 2016-ci ildə polkovnik rütbəsində yüksək vəzifə tutan bir şəxs səngərdə əsgərlərinin yanında olub. İndi durub demək ki, generalımızı kimsə satıb, əvvala, bu vicdansızlıq olar. Belə düşüncədə olan insanlar bu cür fikirlərdən azad olsunlar. Əmin olsunlar ki, generalımız qorxmaz olub, çoxlarına nümunə ola biləcək insan olub və döyüş şəraitində də həyatını itirib. Allah rəhmət eləsin”.
Emin Həsənli: “Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti vəzifələrini ...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “İnformasiya müharibəsi gedir. Savaş təkcə səngərdə getmir. Azərbaycanı istəməyən qüvvələr, Ermənistanın xüsusi xidmət orqanları və onlara dəstək olan dövlətlər də burada rol oynamağa çalışırlar. Təəssüflər olsun ki, bilərəkdən yaxud bilməyərəkdən ölkə daxilində və xaricində bəzi azərbaycanlılar bu fikirlərin təsirinə düşüblər. Polad Həşimov hər zaman ön xətdə xidmət edib. 2016-cı ilin aprel döyüşlərində də belə idi. Hətta fotolar yayılıb və hər kəs bunu görüb. Alınan postlardan hətta biri onun adına verilib. Çox cəsur, ləyaqətli, qəhrəman bir zabitimiz idi. Hazırda kifayət qədər peşəkar zabitlərimiz var. Təəssüflər olsun ki, bu hadisədən istifadə etməyə çalışan qruplar formalaşıb. Ordumuzun daxilində xəyanətkarların olması barədə görüntü yaratmağa, ordumuzu gözdən salmağa, daxilində şübhə yaratmağa cəhdlər müşahidə olunur. Polad Həşimov daim səngərləri yoxlayırdı, atışma olanda ön xətdə olurdu. Bilirsiniz ki, döyüşü arxadan da idarə etmək olur. Amma bizim zabitlərimiz hər zaman döyüşən əsgərlərlə bərabər olmağa çalışıblar. Həyat elə gətirdi ki, bu döyüşlər zamanı həyatını itirdi. Müdafiə Nazirliyi də açıqlama verib ki, döyüş şəraitində bu baş verib. Məndə bu barədə dəqiq məlumat yoxdur. Rəsmi açıqlamalara istinad etməliyik. Bir çox təkliflər var, Polad Həşimovun adı
əbədiləşdiriləcək”.(musavat.xom)
Cavanşir ABBASLI
Çap
Komment Əlavə et