Menu
16 iyl 15:25XƏBƏR LENTİ / Gündəm

Səfərbərlik Xidmətində qeydə alınanların sayı AÇIQLANDI

"Bu gün gənclər könüllü şəkildə döyüşdə iştirak etmək üçün müraciət edirlər.Cəbhəyə könüllü getmək üçün müraciət edən və qeydiyyata alınanlar arasında qızlar da var"
APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
A. Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətlər olub və onlara qanunvericilik izah edilib: “Bildirilib ki, lazım olduğu halda tələb olunan hərbi vəzifəlilər hərbi hissələrə göndərilə bilər. Bəziləri sosial şəbəkələrdə bildirirlər ki, müraciət edirlər, ancaq qeydiyyata alınmırlar. Hərbi vəzifəlilər və digərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Prezidentin çıxışından sonra sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə gənclərin axını başlayıb. Biz həmin gənclərin rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçiririk. Sadəcə, burada bəzi şəxslər fərqli istiqamətdə iş aparırlar. Dünən Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb. Biz könüllü getmək istəyən şəxsləri qeydiyyata alırıq. Sadəcə, hər birimiz səbrli, diqqətli olmalıyıq. Könüllü müraciət edən şər bir vətəndaş qeydiyyata alınır”.
A. Rəhimov deyib ki, Dövlət Xidmətinə elektron postla da müraciət edənlər də var: “Qeyd etdiyimi kimi, artıq 4 min gənc qeydiyyata alınıb”.
Çap
Komment Əlavə et