Menu
10 iyl 17:57XƏBƏR LENTİ / Hadisə

DTX tərəfindən saxlanılan Faiq Bağırov kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
 Saxlanılan şəxsin kimliyi ilə bağlı araşdırma edilib. Məlum olub ki, F.Bağırov 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1983-cü ildə Sovet İttifaqında hərbi tərcüməçi, 1984-1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986-1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.
2005-2010-cu illər ərzində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 24 iyun 2010-6 oktyabr 2017-ci il tarixinədək Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.(mediapost)
Çap
Komment Əlavə et