Artıq uşaqlardan yeniyetmələrə qədər hər kəsin orqanizmində polimer materialların tərkibinə daxil olan maddələrə rast gəlmək mümkündür. Almaniyanın “Der Spiegel” jurnalının verdiyi məlumata görə, bu barədə ölkənin Ətraf mühitin mühafizəsi üzrə federal agentliyinin və Robert Kox institutunun birgə hazırladığı hesabatda deyilir.
Federal idarənin toksikoloq eksperti Marike Kolossa-Görinq bunu sənaye istehsalının artması ilə izah edib. Xanım Kolossa-Görinq azyaşlı uşaqları bu sahədə ən zəif qrup adlandırıb.
“Perforoktan turşuların yüksək göstəriciləri xüsusilə narahatlıq doğurur. Araşdırmada iştirak edənlərin 20%-də onun həcmi yol verilən həddin qat-qat üzərində olub. Azyaşlı uşaqlarda isə bu miqdar fəlakət dərəcəsinə çatıb”, - deyə yazıda bildirilib.
Heyvanlar üzərində həyata keçirilən təcrübələr göstrib ki, üst geyim məhsullarının və yemək bişirilən tavaların hazırlanmasında istifadə olunan perforoktan turşular kanserogen təsirə malik olub, qısırlığı da artırır.
Avropa Birliyində bu maddəyə qoyulan qadağa 2020-ci ildən qüvvəyə minir.
Araşdırma zamanı həmçinin uşaqların orqanizmində qadağan olunmuş kimyəvi reaktiv əvəzedicilərin artması xüsusi həyəcanla qeyd olunub.
“Təhlükəli maddələr eyni dərəcədə təhdid doğuran kimyəvi məhlul və qarışıqlarla əvəz olunmamalıdır”, - deyə Almaniyanın ekologiyanın təsiri üzrə tanınmış ekpertlərindən Bettina Hoffman jurnala bildirib.
Çap